Türkiyə ABŞ-ı qınadı
Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında sözügedən mövzu ilə bağlı deyilir ...
Türkiyə ABŞ-ın Kipr Rum hökumətinə (Cənubi Kipr) qarşı silah embarqosunu ləğv etmək qərarını bir il müddətinə uzatmasını qınayıb.
Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında sözügedən mövzu ilə bağlı deyilir: “Biz Şimali Kipr Türk Respublikası (Qıbrız) Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı ədalətli reaksiyasını tam dəstəkləyirik.
ABŞ-ın son vaxtıar qıbrız türklərinə qarşı atdığı müxtəlif sabitliyi pozan addımları bu ölkənin Kipr adasında saxladığı neytral mövqeyinə xələl gətirir, məsələnin ədalətli və daimi həllinə maneə törədir. Türkiyə bunu ŞKTR ilə birlikdə dəfələrlə vurğulayıb.
Biz ABŞ-ı bir daha regionda sabitliyə təhlükə yaradan bu siyasətlərini nəzərdən keçirməyə çağırırıq.
Türkiyə zamin dövlət olaraq öz tarixi və hüquqi məsuliyyətləri çərçivəsində Kipr türkləri – qıbrızların varlığı, təhlükəsizliyi və sülhünü təminata davam edəcək”.
Әlaqәli Xәbәrlәr
Terrora qarşı mübarizə qətiyyətlə davam edir
Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.