Türkiyə təyyarələri Kipr adası üzərində

Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) sosial media hesabından edilən paylaşımda yazılır ...

2023868
Türkiyə təyyarələri Kipr adası üzərində

 

  Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələri Kipr adasının cənubunda, Aralıq dənizinin beynəlxalq hava məkanında təlim uçuşu həyata keçirib.

  Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) sosial media hesabından edilən paylaşımda yazılır: “Hərbi Hava Qüvvələri Komandanlığımızın müxtəlif bazalarından havaya qalxan döyüş və dəstək təyyarələrimizin iştirakı ilə Aralıq dənizinin beynəlxalq hava məkanında, Kipr adasının cənubunda təlim uçuşu həyata keçirilib”.

  Paylaşılan videoda təyyarələrin havaya qalxdığı anlar və Aralıq dənizi səmalarında görüntüləri yer alıb.



Әlaqәli Xәbәrlәr