"Qərb ölkələrində Qurana hücumları izləyənlər öz sonlarını hazırlayır", N.Kurtulmuş

TBMM-də keçirilən 14-cü Səfirlər Konfransı çərçivəsində paytaxt Ankaraya gələn səfirləri qəbul edən N.Kurtulmuş Qərb ölkələrindəki təxribatçı hərəkətlərə də toxunaraq deyib ...

2022291
"Qərb ölkələrində Qurana hücumları izləyənlər öz sonlarını hazırlayır", N.Kurtulmuş

 

  Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş bəzi Qərb ölkələrində Qurana hücumların açıq-aşkar insanlıq cinayəti olduğunu bildirib.

  TBMM-də keçirilən 14-cü Səfirlər Konfransı çərçivəsində paytaxt Ankaraya gələn səfirləri qəbul edən N.Kurtulmuş Qərb ölkələrindəki təxribatçı hərəkətlərə də toxunaraq deyib: “Qərbdə Quranın yandırılması məsələsi təkcə bəzi faşistlərin müsəlmanlara qarşı təhqiri kimi qəbul edilməməlidir. Bu hadisə özlüyündə bütün bəşəriyyətə qarşı açıq cinayətdir. Bu gün bunu siyasi motivlərlə izləyənlər əslində öz sonlarını hazırlayırlar. Avropada bu irqçi, anti-İslam hərəkatlarının gedişatı əslində Avropanın mötədil siyasi damarlarını zəiflədir.

  Türkiyənin islamafobiyaya qarşı humanitar yanaşması Avropa xalqlarının demokratik gələcəyi üçün son dərəcə dəyərli bir təşəbbüsdür. Ölkəmiz sülh, sabitlik və etibara yönəlmiş xarici siyasət yürüdür. Türkiyənin öz mövqeyini möhkəmləndirmək məcburiyyətində hiss edən bir ölkədir. Artıq Türkiyə belə bir güc və qüdrət qazanıb.

  Türkiyə xarici siyasət oxundakı hədəflərini gücləndirməyə davam edəcək”.



Әlaqәli Xәbәrlәr