Prezident Ərdoğan: "Tarixi fürsət qapılarını sona qədər açmaq əzmindəyik"

Prezident Rəcəb Tayyib Ərdoğan Prezident Kabinetinin avqustun 7-də keçirilən və 3.5 saat davam edən iclasından sonra mediaya açıqla verib.

2021455
Prezident Ərdoğan: "Tarixi fürsət qapılarını sona qədər açmaq əzmindəyik"

"21 illik hakimiyyətimiz dövründə hər sahədə bütün vətəndaşların rifahını yüksəldəcək bir infrastruktur qurduq".

Bunu prezident Rəcəb Tayyib Ərdoğan Prezident Kabinetinin avqustun 7-də keçirilən və 3.5 saat davam edən iclasından sonra mediaya açıqlamasında bildirib.

Ölkənin qarşısında açılan tarixi fürsət qapılarını sona qədər açmaq əzmində olduqlarını vurğulayan Ərdoğan deyib:

“Hökumət olaraq müqəddəs yürüşə xidmət göstərmək üçün gücümüz və inamımız var. Bunun üçün dövlət olaraq gücümüz də, potensialımız da var. Ölkənin ən böyük inkişaf və demokratiya sıçrayışlarını hakimiyyətimiz zamanı oldu. Milli gəliri hər il orta hesabla 5,5 faiz artıraraq 1 trilyon həddinə çatdırdıq. Məşğulluğu 32 milyona çatdırdığımız bir Türkiye var".

Ərdoğan TBMM-nin açılması ilə daha sadələşdirilmiş konstitusiya üzərində işə başlayacaqlarını da vurğulayıb.

"İyul ayı ixracat rəqəmləri sürətin artmaqda davam etdiyini göstərir" deyə bildirən dövlət başçısı onu da əlavə edib ki, iyulda ölkənin ixracı 20 milyard 93 milyon dollar olub. Bu rəqəmlə iyul ayında ən yüksək ixrac həcminə çatılıb.

Orta müddətli proqramın iş dünyası və həmkarlar ittifaqlarının nümayəndələri ilə birgə hazırlandığını bildirən prezident sentyabra qədər bunu elan edəcəklərini bildirib.



Әlaqәli Xәbәrlәr