XIV sәfirlәr konfransı bu gün öz işinә başlayacaq

5-9 avqust tarixlərində paytaxt Ankarada XIV səfirlər konfransı keçiriləcək.

2020494
XIV sәfirlәr konfransı bu gün öz işinә başlayacaq

5-9 avqust tarixlərində paytaxt Ankarada XIV səfirlər konfransı keçiriləcək.

Xarici İşlər Nazirliyindən verilən bəyanatda səfirlər konfransının 2008-ci ildən etibarən xaricdə və mərkəzi təşkilatlarda fəaliyyət göstərən bütün səfirlərin iştirakı ilə keçirildiyi bildirilib.

''Türkiye Yüz İlində xarici siyasət'' mövzusunda keçiriləcək konfransın açılışı avqustun 7-də baş tutacaq.

Bəyanatda bu ifadələrə yer verilib: “Ölkəmiz və bölgəmizi yaxından maraqlandıran  hadisələrin müzakirə edildiyi, qlobal tendensiyaların qiymətləndirildiyi, mövcud çağırışların və imkanların müzakirə edildiyi səfirlər konfransı daxili planların hazırlanmasında və qurumlararası koordinasiyanın qurulmasında mühüm rol oynayır''.

Konfrans çərçivəsində səfirlərimiz cənab Prezident Rəcəb Tayyib Ərdoğan və Türkiye Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş tərəfindən qəbul ediləcəklər''.



Әlaqәli Xәbәrlәr