Prezident Ərdoğan Yeni Ercan Hava Limanının açılış mərasimində iştirak edib

Prezident Rəcəb Tayyib Ərdoğan Yeni Ercan Hava Limanının Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (KKTC) bölgədə marka olmasına töhfə verəcəyini bildirib.

2013994

Körfəz turunu başa vuraraq KKTC-yə gedən prezident Ərdoğan paytaxt Lefkoşada tikintisi başa çatan Yeni Ercan Hava Limanının açılış mərasimində çıxış edib.

3 fevral 1975-ci ildə mülki hava get-gəlinə açılan Ercan Hava Limanının yeni terminalının köhnəsinə nisbətən 6 dəfə böyüdüldüyünü və bununla da 10 milyon sərnişinə xidmət göstərə bildiyini ifadə edən Ərdoğan bu gündən etibarən Ercan Hava Limanının Kıbrıs adasında ən böyük sərnişin tutumuna malik hava limanı olduğunu söyləyib.

Yeni terminalın və uçuş-enmə zolağının beynəlxalq uçuşlar üçün istifadə ediləcəyi günlərin çox da uzaqda olmadığını qeyd edən Ərdoğan deyib:

Bu iş Şərqi Aralıq dənizində sabitlik hövzəsi olan KKTC-nin regionda marka olmasına töhfə verəcək”.

Әlaqәli Xәbәrlәr