“Bu icra planı Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın tacıdır”, X.Səlman

Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid ibn Səlman tvitter hesabındakı paylaşımında yazıb...

2012898
“Bu icra planı Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın tacıdır”, X.Səlman

 

  Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid ibn Səlman “Türkiyə ilə müdafiə sahəsində əməkdaşlığın tacı olan icra planı”nı imzalamaqdan məmnun olduğunu bildirib. O, tvitter hesabındakı paylaşımında yazıb: “Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığı Müdafiə Nazirliyi arasında əməkdaşlıq üzrə icra planı iki dost ölkə arasında müdafiə və hərbi əməkdaşlığın tacıdır. Razılaşmanı Türkiyə tərəfindən ölkənin milli müdafiə naziri Yaşar Gülər ​​imzaladı.

  Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi “Baykar”dan pilotsuz uçuş aparatları alacaq. Silahlı qüvvələrin və silahlanmaya hazırlığın artırılması məqsədilə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi ölkənin müdafiə və istehsal potensialını təkmilləşdirmək üçün Türkiyənin “Baykar” şirkəti ilə arasında pilotsuz uçuş aparatlarının alınmasına dair müqavilə imzaladı”.



Әlaqәli Xәbәrlәr