Vaşinqton və Merilend 15 İyul Demokratiya və Milli Birlik Gününü tanıdılar

Türk-Amerika Rəhbər Komitəsi (TASC) tərəfindən edilən açıqlamada bildirilir...

2011650
Vaşinqton və Merilend 15 İyul Demokratiya və Milli Birlik Gününü tanıdılar

 

  Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton və Merilend ştatının bələdiyyələri 15 İyul Türkiyə Demokratiya və Milli Birlik Gününü rəsmən tanıyıblar.

  Türk-Amerika Rəhbər Komitəsi (TASC) tərəfindən edilən açıqlamada bildirilir: “Komitənin təşəbbüsü ilə Vaşinqton meri Müriel Bauzer (Muriel Bouzer) 15 iyul Demokratiya və Milli Birlik Günü münasibətilə təbrik edib və bu günün 7-ci ildönümündə onu tanıdığını bildirib, “Demokratiya uğrunda canlarını itirən cəsur insanlara ehtiramımı bildirirəm” deyib.

  Merilend ştatına bağlı Baltimor Şəhər Şurası da 15 İyul Demokratiya və Milli Birlik Gününü rəsmən tanıdığı bildirilib, “Türkiyə xalqının müqavimətini, şücaətini və milli birliyinin qorunub saxlanmasını yüksək qiymətləndiririk” deyə yazıb.



Әlaqәli Xәbәrlәr