“15 İyul bizim qürurumuz, heysiyyətimiz, xainlərə qarşı şərəfimizdir”, R.T.Ərdoğan

Türkiyə prezidenti Ərdoğan 15 İyul – Türkiyə Demokratiya və Milli Birlik Gününün 7-ci ildönümü münasibətilə xalq qarşısında çıxış edərək deyib...

2011846
“15 İyul bizim qürurumuz, heysiyyətimiz, xainlərə qarşı şərəfimizdir”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyul – Türkiyə Demokratiya və Milli Birlik Gününün 7-ci ildönümü münasibətilə xalq qarşısında çıxış edərək deyib: “Əziz millətim, əziz şəhidlərimizin yaxınları, qəhrəman qazilərimiz, hörmətli qonaqlar, sizi ehtiramla salamlayıram. Buradan sizin vasitənizlə Türkiyədəki bütün 85 milyon insana salamlarımı çatdırıram.

  15 İyulun 7-ci ilində 85 milyon olaraq yenə bir ürək, bir biləkik. Milli iradəmizi nümayiş etdirmək üçün yenidən bir yerdəyik.

  İradələrini müdafiə edərkən şəhid olan bütün qəhrəmanlarımıza Allahdan rəhmət diləyirəm.

  Terrorla mübarizədən tutmuş sərhədlərimizi aşan əməliyyatlara qədər Vətənimiz uğrunda gözünü qırpmadan şəhidliyə qaçan bütün igidləri minnətdarlıqla yad edirəm. Qazi şərəfinə layiq olan bütün bacı-qardaşlarımıza təşəkkürümü bildirirəm. Qiyamın ilk anlarından küçələrə çıxan, mühüm nöqtələri tutaraq qiyamçıların keçməsinə imkan verməyən hər birinizə minnətdaram.

  Bütün dünyada çevriliş cəhdini izləyən Türkiyənin əsl dostlarına salamlarımı göndərirəm.

  Biz şəhidlərin yaşadığına inanan, onlarla birlikdə yaşayan xalqıq. Torpağın altında yerin üstündəkindən daha çox şəhid var.

  Millətin istiqlalının millətin əzmi ilə xilas edildiyi o tarixi gecədə kimin harada dayandığı göründü. FETÖ xainlərinə dəstək verən mərkəzləri də yaddaşımıza qazdıq. Xalq canları bahasına çevrilişə dirənərkən satqınları alqışlayan əlləri, xalq şəhidliyə gedərkən darmadağın edənlərlə sövdələşib tankların arasından qaçan qorxaqları, 15-16 yaşlarında kiçik uşaqlar yerə yıxılarkən bu qatillərə qədəh qaldırıb tost deyənləri unutmadıq. 15 İyulu unutsaq, günahsızların haqqını tapdalamış olarıq.

  Bu gün bir daha şəhidlərimizi yad edirik. Çünki biz onları unutmayacağıq. Qazilərimizə bir daha minnətdarlığımızı bildiririk. Bu dastanın qanla yazıldığını bir daha xatırladırıq. Pusquda otirib gözləyənlərə deyirik: biz 15 İyulun 7 deyil, 70 il sonra da unudulmasına imkan verməyəcəyik. 15 İyul bizim üçün belə bir əlamətdar hadisədir.

  Millətin yurdu olan Prezident Aparatı Kompleksini bombaladılar. Milli iradənin təzahürü olan parlament binası bombalandı. MİT, Xüsusi Əməliyyat İdarəsi və Ankara Polis İdarəsi güclü hücuma məruz qaldı. Onlar təkcə bizi yox, ölkəni də alt-üst etmək istəyirdilər. 253 şəhidimiz oldu, 2200-dən çox qazimiz. Vətənimizin 253 övladı şəhid oldu, amma ölkəmiz alçalmadı.

  Əsgərimizin adı Mehmetçikdir, mənası kiçik Məhəmməd deməkdir, yəni Məhəmməd peyğəmbərimizin adıdıdr Mehmetcik. İslam dünyasının heç bir ölkəsində belə bir ad yoxdur.

  Millətim müqavimət göstərdi, göstərdi ki, bu ölkəni işğal etmək olmaz. Biz bütün çirkin ssenariləri cırdıq. “Kölə olmayacağıq, dövlətimizi dağıtmayacağıq” dedik. Dedik ki, duamızı susdurmayacağıq, şanlı bayrağımızın enməsinə imkan verməyəcəyik”.



Әlaqәli Xәbәrlәr