Ölkələr üzrə dünya əhalisi sıralaması

Birləşmiş Millətlər Təşkilatının əhali hesablamalarına görə...

2008072
Ölkələr üzrə dünya əhalisi sıralaması

 

  85 milyon 279 min 553 nəfər əhalisi olan Türkiyə 194 ölkə arasında 18-ci yerdə qərarlaşıb.

  Dünya əhalisinin 1999-cu ildə 6 milyard, 2011-ci ildə 7 milyard, 2022-ci ildə isə 8 milyard olduğu təxmin edilir.

  Birləşmiş Millətlər Təşkilatının əhali hesablamalarına görə, 2022-ci ildə ən çox əhalisi olan ölkə 1 milyard 425 milyon 887 min 337 nəfərlə Çin olub. İkinci yerdə 1 milyard 417 milyon 173 min 173 nəfərlə Hindistan və 338 milyon 289 min 857 nəfərlə ABŞ gəlir. Bu 3 ölkə dünya əhalisinin 39,9 faizini təşkil edir.

  Türkiyə 85 milyon 279 min 553 nəfər əhalisi ilə 194 ölkə arasında 18-ci yerdədir və dünya əhalisinin 1,1 faizlik payına sahibdir.

  26,5 faizlə Türkiyədə uşaq əhali nisbəti Avropa İttifaqı (Aİ) ölkələrindən daha yüksəkdir. Gənc əhalisi nisbəti 15,2 faiz təşkil edir ki, bu da Aİ-yə üzv olan 27 ölkənin gənclərindən çoxdur. Türkiyənin yaşlı əhali nisbəti 9,9 faizdir ki, bu da Aİ-yə üzv olan 27 ölkənin yaşlı əhalisindən aşağıdır.



Әlaqәli Xәbәrlәr