MİT “Həsən” kod adlı Cəlal Qayanı zərərsizləşdirdi

Əməliyyat PKK-nın kəşfiyyat şəbəkəsinə ağır zərbə vurub

2007323
MİT “Həsən” kod adlı Cəlal Qayanı zərərsizləşdirdi

 

  Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalındakı Süleymaniyyədə separatçı terror təşkilatı “PKK-nın İraq kəşfiyyatçısı” adlandırılan “Həsən” kod adlı Cəlal Qayanı zərərsizləşdirib.

  17 iyul 2019-cu ildə İraqın Ərbil şəhərində türkiyəli diplomat Osman Kösenin şəhid olduğu aksiyanın təhrikçisi olan terrorçu Qayanın İraqın şimalında uzun müddətdir fəaliyyət göstərdiyi müəyyən edilib.

  PKK-nın ölkə daxilində və xaricində terror aksiyalarını təşkil edən Cəlal Qayanın başçılıq etdiyi şəbəkənin İraqın şimalında əməliyyat aparan Türkiyə Silahlı Qüvvələrinə qarşı kəşfiyyat məlumatlarının toplanması, Türkiyə dövlət məmurlarının nəzarətə alınması planları qurduğu bəlli olub.

  MİT-in İraqın Süleymaniyyə şəhərinin çölündə təşkil etdiyi əməliyyatda terrorçu zərərsizləşdirilib.

  Əməliyyat PKK-nın kəşfiyyat şəbəkəsinə ağır zərbə vurub.



Әlaqәli Xәbәrlәr