“Bununçün Aİ deyil, Türkiyə-İran-İraq-Suriya sərhədlərindən başlanılmalıdır”, F.Kaymakçı

Türkiyənin ilk dəfə üzərinə götürdüyü Beynəlxalq Miqrasiya Siyasətinin İnkişafı Mərkəzinin (İCMPD) dövri sədrliyi ilə Türkiyə Palatalar və Birjalar İttifaqının (TOBB) Belçikanın paytaxtı Brüsseldəki ofisində toplantı keçirilib

2007094
“Bununçün Aİ deyil, Türkiyə-İran-İraq-Suriya sərhədlərindən başlanılmalıdır”, F.Kaymakçı

 

  Türkiyənin Avropa İttifaqı (Aİ) yanındakı daimi nümayəndəsi səfir Faruk Kaymakçı bildirib ki, Aİ qeyri-qanuni miqrasiya ilə mübarizə üçün vahid yanaşma tətbiq etməlidir.

  Türkiyənin ilk dəfə üzərinə götürdüyü Beynəlxalq Miqrasiya Siyasətinin İnkişafı Mərkəzinin (İCMPD) dövri sədrliyi ilə Türkiyə Palatalar və Birjalar İttifaqının (TOBB) Belçikanın paytaxtı Brüsseldəki ofisində toplantı keçirilib.

  Səfir Faruk Kaymakcı və Miqrasiya İdarəsinin rəhbəri Savaş Ünlünün ev sahibliyi etdiyi iclasda Avropa İttifaqının Genişlənmə üzrə komissarı Oliver Varhelyi, Avropa Parlamentinin (AP) üzvləri, Avropa Parlamenti nümayəndələri, qeyri-hökumət təşkilatlarının üzvləri, İqtisadi İnkişaf Fondunun sədri Ayhan Zeytinoğlu və İCMPD baş direktoru Maykl Spindelegger iştirak edib.

  F.Kaymakcı nizamsız miqrasiyanın dünya və Avropanın ortaq imtahanı olduğunu, köç idarəçiliyinin hərtərəfli həll tələb etdiyini vurğulayaraq deyib: “Qaynaq ölkələr, tranzit ölkələr və hədəf ölkələr üçün ədalətli məsuliyyət və yükün bölüşdürülməsinə əsaslanan bir strategiyaya ehtiyac var. Əməkdaşlıq üçün səylər Avropa İttifaqı sərhədləri deyil, Qərbin şərq və cənub-şərqini təşkil edən Türkiyə-İran-İraq-Suriya sərhədlərindən başlamaq lazımdır… Bu günə qədər Türkiyədən Suriyaya 560 minə yaxın könüllü qayıdıb. Aİ ilə Türkiyənin könüllü, təhlükəsiz və ləyaqətli dönüşə təşviq edən və asanlaşdıran ortaq siyasətlər qəbul etməsinin 18 Mart Müqaviləsinin də tələbidir”.

 



Әlaqәli Xәbәrlәr