Aİ-nin terrorla mübarizə vəziyyətinin 2023-cü il hesabatı

Avropa Polis Təşkilatının (Europol) “Aİ-nin terrorla mübarizə vəziyyətinin 2023-cü il hesabatı”nda separatçı terror təşkilatı PKK-nın fəaliyyəti və yeni dövr üçün hədəfləri yer alıb

2005136
Aİ-nin terrorla mübarizə vəziyyətinin 2023-cü il hesabatı

 

  Separatçı terror təşkilatı PKK başçısı Abdullah Öcalanın azad edilməsi və adının terrorçu siyahısından çıxarılması üçün Avropa İttifaqında lobbiçilik edir.

  Avropa Polis Təşkilatının (Europol) “Aİ-nin terrorla mübarizə vəziyyətinin 2023-cü il hesabatı”nda separatçı terror təşkilatı PKK-nın fəaliyyəti və yeni dövr üçün hədəfləri yer alıb.

  Türkiyə tərəfindən YPG-nin separatçı PKK-nın uzantısı adlandırılan hesabatda terror təşkilatının Aİ-də topladığı pulları Suriyadakı YPG silahlılarına dəstək üçün istifadə etdiyi yazılıb.

  Hesabatda İsveçin NATO-ya müraciəti və 2022-ci il NATO Madrid Zirvə Toplantısı ilə bağlı ifrat sol dairələrin gündəliyi təyin etdiyi, PKK-nın Aİ-də təbliğat, işə götürmə və maliyyələşdirmə fəaliyyətlərini davam etdirməsi qeyd edilib.

  Terror təşkilatı PKK-nın Avropada çox fəal olduğu və inzibati, məşğulluq və maliyyə məqsədləri üçün Avropa İttifaqına üzv dövlətlərdən baza kimi istifadə etdiyi bildirilib.

  Hesabatda PKK-nın Aİ-də ifrat solçu və anarxist separatçılarla sıx əlaqələr saxladığı bildirilir. İfrat solçuların təşkilata dəstək verdikləri həm də münaqişə bölgələrində onlarla birgə təlim keçdikləri və illərdir onların yanında döyüşdükləri ilə görünür.  

  “Europol”un hesabatında yazılır ki, Avropa İttifaqı vətəndaşı olan və ya üzv ölkələrdə qeyri-müəyyən yaşayış icazəsi olan bəzi PKK üzvləri təşkilatın idarəsilə Suriya və İraqdakı münaqişə bölgələrinə gedir və Aİ bu onların geri qayıtmasına icazə verir.

  2022-ci ildə Suriyanın şimal-şərqindən ölkələrinə qayıdan əcnəbi terrorçuların döyüş təlimi aldıqları və bu səbəbdən Aİ ölkələri üçün də təhlükə ola biləcəklərinin qeyd edildiyi hesabatda “SDQ ABŞ və digər Qərb ölkələri tərəfindən dəstəklənən ərəb və kürd silahlılarının ittifaqıdır və Türkiyənin PKK-nın uzantısı kimi gördüyü YPG SDQ-də dominantlıq edir” yazılır.

  Hesabatda PKK-nın qeyri-qanuni gəlir əldə etməsində Avropadakı fırıldaq və narkotik ticarət qruplarının rol oynadığı, PKK-nın onlayn kanallar vasitəsilə Türkiyəyə pul axınını dayandırmq və Türkiyə məhsullarını boykot etmək üçün çağırışlar etdiyi də bildirilib.



Әlaqәli Xәbәrlәr