MİT “İnterpol”un qırmızı siyahısında olan terrorçunu tapıb zərərsizləşdirdi

PKK/KCK-nın qondarma “icra şurası”nda olan, “Esad Faraşin”, Avropada məsul səviyyədə fəaliyyət göstərdiyi zaman isə “Assad Europe” kod adlarından istifadə edən terrorçu MİT-in də hədəf siyahısında idi

2003725
MİT “İnterpol”un qırmızı siyahısında olan terrorçunu tapıb zərərsizləşdirdi

 

  Türkiyə Milli Kəşfiyyat Təşkilatı – MİT “İnterpol” (Beynəlxalq Polis Təşkilatı) tərəfindən qırmızı kateqoriyada axtarılan, separatçı terror təşkilatı PKK/KCK-nın “icra məclis üzvü” Əbdürrəhman Çadırcını Suriyanın şimalındakı Kamışlıda zərərsizləşdirib.

  PKK/KCK-nın qondarma “icra şurası”nda olan, “Esad Faraşin”, Avropada məsul səviyyədə fəaliyyət göstərdiyi zaman isə “Assad Europe” kod adlarından istifadə edən terrorçu MİT-in də hədəf siyahısında idi.

  Axtarışda olan terrorçular siyahısında qırmızı kateqoriyada olan və “İnterpol” tərəfindən təqib edilən Çadırcının Suriyada olduğunu öyrənən MİT bu ölkənin şimalındakı Kamışlı şəhərində araşdırma aparıb. Terrorçu MİT-in təşkil etdiyi əməliyyatla zərərsizləşdirilib.

  Türkiyə Milli Müdafiə Nazirliyinin terrora qarşı “Pençe” əməliyyatları sürdükcə PKK-dan qaçışlar davam edir. Nazirliyin sosial media hesabında paylaşılıb: "İraqın şimalındakı sığınacaqlarından qaçan daha 4 PKK terrorçusu Habur və Silopi sərhəd məntəqəmizdə təslim oldu. Terrorçuların yeganə çıxış yolu Türkiyə ədalətinə təslim olmaqdır. Mehmetçik həmçinin İraqın şimalındakı “Pençe-Kilit” bölgəsində terrorçuların istifadə etdiyi mağara, sığınacaq və anbarlara qarşı əməliyyat təşkil edərək terrorçulara məxsus çox sayda silah-sursat ələ keçirib”.



Әlaqәli Xәbәrlәr