İraqın şimalında iki PKK terrorçusu da zәrәrsizlәşdirilib
Türkiye Silahlı Qüvvələrinin İraqın şimalındakı Metina bölgəsində həyata keçirdiyi ''Pəncə-Kilid'' əməliyyatı bölgəsində separatçı terror təşkilatı PKK-nın iki üzvü zərərsizləşdirilib.
2003175
Türkiye Silahlı Qüvvələrinin İraqın şimalındakı Metina bölgəsində həyata keçirdiyi ''Pəncə-Kilid'' əməliyyatı zamanı separatçı terror təşkilatı PKK-nın iki üzvü zərərsizləşdirilib.
Milli Müdafiə Nazirliyindən verilən bəyanatda Türkiye Silahlı Qüvvələrinin terror yuvalarını məhv etməyə davam etdiyi bildirilib.
"Türkiye Silahlı Qüvvələrinin İraqın şimalındakı Metina bölgəsində həyata keçirdiyi ''Pəncə-Kilid'' əməliyyatı zamanı separatçı terror təşkilatı PKK-nın iki üzvü zərərsizləşdirilib. Qəhrəman Türkiye Silahlı Qüvvələrimiz terror yuvalarını qətiyyətlə yerlə-yeksan etməyə davam edəcək",-deyə Milli Müdafiə Nazirliyindən verilən bəyanatda vurğulanıb.