Azərbaycanla Türkiyə arasında “Alpan 2023”

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə...

2002867
Azərbaycanla Türkiyə arasında “Alpan 2023”

 

  Azərbaycanda Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin helikopterləri ilə birgə təlimə start verildi.

  Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, “Alpan 2023” adlı hərbi təlimdə havaya qalxan helikopterlər uzaq və yaxın məsafədən atəş açmaqla “təmsilçi düşmən”in hava hücumundan müdafiə, komanda və toplanış zonalarını məhv edib.

  Nazirlik şəxsi heyətin nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsi, o cümlədən bölmələrin qarşılıqlı fəaliyyətinin təmin edilməsi və döyüş qabiliyyətinin artırılması məqsədi daşıyan təlimin görüntülərini də paylaşıb.



Әlaqәli Xәbәrlәr