Rəcəb Tayyib Ərdoğan ilk xarici səfərini ŞKTC və Azərbaycana edəcək

Prezident Rəcəb Tayyib Ərdoğan ilk xarici səfərini Şimali Kıbrıs Türk Cümhuriyyəti (ŞKTC) və Azərbaycana edəcək.

1998250
Rəcəb Tayyib Ərdoğan ilk xarici səfərini ŞKTC və Azərbaycana edəcək

Prezident Rəcəb Tayyib Ərdoğan ilk xarici səfərini Şimali Kıbrıs Türk Cümhuriyyəti (ŞKTC) və Azərbaycana edəcək.
Prezident Rəcəb Tayyib Ərdoğan Şimali Kıbrıs Türk Cümhuriyyətinə bu gün edəcəyi səfər çərçivəsində ŞKTC-nin prezidenti Ersin Tatar və Baş nazir Ünal Üstel ilə görüşəcək. Təkbətək görüşdən sonra Rəcəb Tayyib Ərdoğan və Ersin Tatar birgə mətbuat konfransında çıxış edəcəklər.
Görüşlərdə Kıbrısla bağlı gələcəkdə atılacaq addımların qiymətləndirilməsi və Şərqi Aralıq dənizindəki proseslərin müzakirə edilməsi gözlənilir.
Prezident Rəcəb Tayyib Ərdoğanın  Azərbaycana sabah edəcəyi səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüş keçirəcəyi bildirilib. Tərəflər həmçinin nümayəndə heyətləri arasında baş tutacaq görüşlərə sədrlik də edəcək.
İkitərəfli münasibətlərin inkişafı üçün atılacaq addımların və əməkdaşlıq sahələrinin müzakirə olunacağı görüşlərdə regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.



Әlaqәli Xәbәrlәr