Rəcəb Tayyib Ərdoğan və Şarl Mişel arasında telefon danışığı olub

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan və Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel arasında telefon danışığı olub.

1996784
Rəcəb Tayyib Ərdoğan və Şarl Mişel arasında telefon danışığı olub

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan və Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel arasında telefon danışığı olub. Bu barədə Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb. Məlumata görə, Şarl Mişel Prezident Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək onu yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

Telefon danışığında regional məsələlər də müzakirə edilib. Rəcəb Tayyib Ərdoğan söhbət zamanı Avropa üçün böyük strateji dəyəri olan Türkiyenin Avropa İttifaqına tamhüquqlu üzvlüyü istiqamətində konkret bir gündəmlə təmasları bütün səviyyələrdə artırmaq lazım olduğunu qeyd edib.

Gömrük İttifaqının yenilənməsi, viza rejiminin sadələşdirilməsi, immiqrasiyanın idarə edilməsi və terrorla mübarizə sahələrində əməkdaşlığın əhəmiyyətini vurğulayan prezident Rəcəb Tayyib Ərdoğan Türkiyeyə ədalətli münasibətin və tamhüquqlu üzvlük perspektivinin dəstəklənməsinin əlaqələrdə yeni üfüqlər açacağını bildirib.



Әlaqәli Xәbәrlәr