Şırnakda bir kәnd mühafizәçisi şәhid olub

Şırnakın Cizre rayonunda avtomobilində silahlı hücuma məruz qalan kәnd mühafizəçisi Mustafa Ərdəm şəhid olub.

1995765
Şırnakda bir kәnd mühafizәçisi şәhid olub

Şırnakın Cizre rayonunda avtomobilində silahlı hücuma məruz qalan kәnd mühafizəçisi Mustafa Ərdəm şəhid olub.

Şırnak Valiliyinin rәsmi internet sәhifәsindә edilәn paylaşımda hadisənin terror aktı olduğu bildirilib.

Paylaşımda bu ifadәlәrә yer verilib: "Cizrənin Sur rayonunda kәnd mühafizəçisi Mustafa Ərdəm şəxsi avtomobilinə silahlı hücum nəticəsində şəhid olub. Araşdırmalar nəticəsində hadisənin terror aktı olduğu müәyyәn edilib. Hücumu  törədən cinayәtkarlardan biri saxlanılıb, digər cinayətkarların saxlanılması istiqamәtindә әmәliyyatlar davam etdirilir’’.



Әlaqәli Xәbәrlәr