“Dünya 5-dən böyükdür” çağırışımız qalib gəldi”, R.T.Ərdoğan

Nazirlər Kabinetinin iclasından sonra Ərdoğanın açıqlamalar verərək deyib...

1996179
“Dünya 5-dən böyükdür” çağırışımız qalib gəldi”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də yenidən seçildikdən sonra elan etdiyi yeni kabinetlə iyunun 6-da ilk iclasını keçirdi. Yığıncaq 4 saat 10 dəqiqə davam etdi.

  Nazirlər Kabinetinin iclasından sonra Ərdoğanın açıqlamalar verərək deyib: “Bu seçkilərdə bizimlə və ittifaqımızla birlikdə bütün Türkiyə qalib gəldi. Siyasi seçimlərindən asılı olmayaraq 85 milyonun hamısı qazandı.

  “Dünya 5-dən böyükdür” çağırışımız və milyonlarla məzlum qalib gəldi.

  Hər seçki dövründə əlini ovuşduran böhran həvəskarları, fitnə alverçiləri, terror baronları, birliyimizi çoxəsrlik ambisiyaları ilə qəsd etmək istəyənlərdən başqa uduzan yoxdur.

  Biz bir daha göstərdik ki, Türkiyə böyük dövlətdir.

  Buradakı mesajlar bütün ayrıntıları ilə müxalifət tərəfindən yaxşı qiymətləndirilməlidir. Ümid edirik ki, müxalifət daha çox Türkiyə istiqamətli mövqe tutacaq.

  Nəticəsindən asılı olmayaraq bütün Türkiyəni qucaqlamağa davam edəcəyik. Bundan sonra ədalətdən dönməyəcək hər şeyi əhatə edən bir rəftarla Türkiyə üçün çalışmağı sürdürəcəyik.

  Hər yeni başlanğıc yeni bir həyəcan deməkdir.

  Kabinetimizi elan edərək, “bismillah” deyərək birlikdə yola düşdük.

  Bir tərəfdən siyasətimizi yeniləyir, digər tərəfdən özümüzə sadiq qalırıq.

  “Türkiyə əsri”ni sabitlik və inamla quracağıq. Kabinet üzvlərimiz öz ixtisas sahələrinə görə “Türkiyə əsri”nin qurucusu olmaq qabiliyyətinə malikdirlər.”

 



Әlaqәli Xәbәrlәr