Terror təşkilatı PKK-nın dağılma prosesi davam edir

Daxili İşlər Nazirliyi, Jandarma Baş Komandanlığı və Polis Baş idarəsi tərəfindən aparılan razılaşdırma işləri nəticəsində terrorçular  təslim olmağa davam edirlər.

1993789
Terror təşkilatı PKK-nın dağılma prosesi davam edir

Daxili İşlər Nazirliyindən verilən açıqlamaya görə  separatçı terror təşkilatı PKK-dan qaçan daha 2 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub. Onlardan  birinin ailəsinin Diyarbəkirdəki himayədar ailələr arasında olduğu bildirilib.

Nazirliyin  məlumatına  görə 2023-cü ildə qane edilərək təslim olan təşkilat üzvlərinin sayı 43-ə, Diyarbəkirli anaları uşaqları ilə qovuşdurulan ailələrin sayı isə 42-yə yüksəlib.

 



Әlaqәli Xәbәrlәr