Rəcəb Tayyib Ərdoğan Aleksandr Vuçiç və Albin Kurti ilə telefon əlaqəsi saxlayıb

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiya Prezidenti Aleksandr Vuçiç və Kosovo Baş naziri Albin Kurti ilə telefon əlaqəsi saxlayıb.

1993675

Bu barədə Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda bildirilib.
Məlumata görə, liderlər Kosovonun şimalında baş verənləri müzakirə ediblər. Liderlər həmçinin Türkiye Prezidentini seçkilərdə əldə etdiyi qələbə münasibətilə təbrik ediblər.
İkitərəfli münasibətlərin və regional məsələlərin də müzakirə olunduğu görüşlərdə prezident Ərdoğan Kosovonun şimalında baş verənlərlə bağlı bölgədə davamlı sülh və sabitliyin bərqərar olmasının yeganə yolunun dialoq prosesini irəlilətmək olduğunu bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiye olaraq dialoq prosesinə öz töhfələrini verməyə hazır olduqlarını qeyd edib.

Әlaqәli Xәbәrlәr