“Türk Evi”nə hücum edən şəxs saxlanılıb

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərindəki Türk Evinə edilən hücumda şübhəli bilinən şəxs ABŞ polisinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

1991454

Türkiyenin BMT-dəki daimi nümayəndəliyi və Nyu-Yorkdakı baş konsulluğunun yerləşdiyi Türk Evinə ötən həftə hücum edilib.

Türkiye orqanlarının başlatdığı araşdırma nəticəsində şübhəlinin kimliyi müəyyən edilib.

Hücumda daha əvvəl Türkiyedə sağlamlığa zərər vurma, hədələmə və narkotik saxlama maddələri ilə məhkum olunmuş Rəcəb Akbıyıkın iştirak etdiyi müəyyən edilib.
Türkiye orqanları məlumatı Nyu York Polis Departamentinə çatdırıb. ABŞ polisinin keçirdiyi əməliyyat nəticəsində şübhəli Rəcəb Akbıyık saxlanılıb.

Etiketlәr: #Nyu York , #ABŞ , #Türk Evi

Әlaqәli Xәbәrlәr