Mövlud Çavuşoğlu Antalyada xalqa müraciət edib

Türkiyenin xarici işlər naziri Mövlud Çavuşoğlu suriyalıların təhlükəsiz şəkildə ölkələrinə göndərilmələrinin vacibliyini vurğulayıb.

1990600
Mövlud Çavuşoğlu Antalyada xalqa müraciət edib

Türkiyenin xarici işlər naziri Mövlud Çavuşoğlu suriyalıların təhlükəsiz şəkildə ölkələrinə göndərilmələrinin vacibliyini vurğulayıb.
Mövlud Çavuşoğlu Antalyanın Kepez səmtində xalqa müraciət edib.

Türkiyənin bu gün geniş bir coğrafiyaya yayılan qlobal bir aktor olduğunu deyən Mövlud Çavuşoğlu, ölkənin müharibələrin və qarşıdurmaların yaşandığı bölgədə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə yolunu davam etdirdiyini bildirib.
“Dünya 5-dən böyükdür” şüarını səsləndirərək yeni nizamın qurulması  üçün çalışdıqlarını ifadə edən Mövlud Çavuşoğlu deyib:''Çünki bu nizam kifayət etmir. Bu nizam dünyanın ümidlərinə və problemlərinə cavab vermir, problemləri həll edə bilmir, böhranların öhdəsindən gələ bilmir, bəşəriyyətin gözləntilərini qarşılaya bilmir''.
Mövlud Çavuşoğlu şanlı Türkiye bayrağını bütün dünyada dalğalandırdıqlarını qeyd edib.
''Türkiye müharibələr və münaqişələrin sülh yolu ilə həll edilməsi üçün səylər göstərir. Böyük Türk dünyasını Türk Dövlətləri Təşkilatının çətiri altında birləşdirən Türkiyedir. Dünyanın harasında olurlarsa olsunlar öz soydaşlarını qoruyan Türkiyedir”.
Mövlud Çavuşoğlu, Rusiya, İran, Suriya və Türkiye xarici işlər nazirlərinin Rusiyanın paytaxtı Moskvada bir araya gələrək Suriyadakı problemin öhdəsindən gəlmək və suriyalıların təhlükəsiz şəkildə ölkələrinə qayıtmaları üçün mübarizə apardığını xatırladıb.



Әlaqәli Xәbәrlәr