Hulusi Akar: ''Terrorla mübarizə əməliyyatları davam edəcək''

Türkiyenin milli müdafiə naziri Hulusi Akar Şimali İraq və Suriyada əməliyyatların dayanmayacağını və son terrorçu zərərsizləşdirilənə qədər bu mübarizənin davam edəcəyini bildirib.

1990575

Kayseridə təşkil edilən toplantıda çıxış edən Hulusi Akar böyük və güclü Türkiye üçün gecə-gündüz çalışdıqlarını vurğulayıb.

Böyük və güclü  Türkiyeyə gedən yolda müxtəlif maneələrlə üzləşdiklərini ifadə edən Hulusi Akar deyib:''Heç birində uğura nail ola bilməyiblər. Qərbdə bitərəf görünənlər, mətbuatın prinsiplərinə əməl etdiyini deyənlər, seçkilərdən əvvəl Türkiyeyə qarşı mövqe nümayiş etdirdilər cavablarını aldılar''.
Xalqı terror bəlasından xilas etmək mövzusunda qətiyyətli olduqlarını bildirən Hulusi Akar deyib:"Türkiye hərbçiləri terrorçulara ağır zərbələr endirməyə davam edir. Ya ölkəcəklər, ya da təslim olacaqlar. Nə İraqın şimalında, nə də Suriyada əməliyyatlar dayanmayacaq. Son terrorçu zərərsizləşdirilənə qədər bu mübarizə davam edəcək''.

Әlaqәli Xәbәrlәr