Brüsseldə seçicilərə hücum edilib

Belçikanın paytaxtı Brüsseldə terror təşkilatı PKK tərəfdaşları Türkiyedə keçiriləcək prezident seçkilərinin ikinci turunda səs verən gəncə hücum edib.

1990582
Brüsseldə seçicilərə hücum edilib
bruksel secmene saldiri.jpg
belcika'da secmene saldiri.jpg

Bildirilir ki hücuma məruz qalan gənc üzündən yaralanıb. Cinayətkarlar ilə yaralı gəncə dəstək olmaq istəyənlər arasında gərginlik yaşanıb. Hadisə yerinə çoxlu sayda polis cəlb olunub.

İnsdent şahidlərinin sözlərinə görə gənclərə hücum edən qrup terror təşkilatı PKK lehinə şüarlar səsləndirib. Hadisə zamanı bəzi avtomobillərə də ziyan dəyib. Yaralı gənc təcili yardımla xəstəxanaya cəlb olunduqda, seçicilər və seçki müşahidəçiləri səsvermə prosesi başa çatdıqdan sonra Expo ərazisini tərk ediblər. Xatırladaq ki, PKK terror təşkilatı tərəfdaşı qrup bir gün əvvəl də müşahidəçilərə hücumu təşkil edmiş və hadisədə iki nəfər yaralanmışdı.



Әlaqәli Xәbәrlәr