PKK/KCK-nın kommunikasiya infrastrukturu dağıdılıb

Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında yerləşən Qara bölgəsində əməliyyat həyata keçirib.

1989173
PKK/KCK-nın kommunikasiya infrastrukturu dağıdılıb

Təhlükəsizlik mənbələrindən yayılan məlumata görə əməliyyat zamanı terror təşkilatı PKK/KCK-nın kommunikasiya infrastrukturunu quran, fəaliyyətinə rəhbərlik edən Rodi ləqəbli Əmrə Şahin adlı terrorçu və can güdəni məhv edilib. Kommunikasiya infrastrukturu isə dağıdılıb.

Bildirilib ki, Rodi ləqəbli Əmrə Şahin 2014-cü ildə təşkilatın kənd kadrlarına qoşulduqdan sonra Şırnak ərazisində təhlükəsizlik qüvvələrinə qarşı törədilən müxtəlif hadisələrdə iştirak edib. 2019-cu ildə isə İraqa keçərək bu ölkənin şimalında detonator və partlayıcı material istehsalı ilə bağlı fəaliyyət aparıb. 2020-ci ildən təşkilat üzvlərinin istifadə etdiyi şifrəli xəbərləşmə üsullarını inkişaf etdirib və haker bölməsinə rəhbərlik edib.



Әlaqәli Xәbәrlәr