Prezident Ərdoğan xarici jurnallara reaksiya göstərdi

Ərdoğan qlobal güclərin əməliyyat vasitəsi olan bəzi qərb jurnallarının Türkiyenin daxili siyasətini istiqamətlənidməsinə imkan verməyəcəklərini açıqlayıb.

1983024
Prezident Ərdoğan xarici jurnallara reaksiya göstərdi

Prezident Rəcəb Tayyib Ərdoğan qlobal güclərin əməliyyat vasitəsi olan bəzi qərb jurnallarının Türkiyenin daxili siyasətini istiqamətlənidməsinə imkan verməyəcəklərini açıqlayıb.

Prezident Ərdoğan sosial şəbəkədə etdiyi paylaşımda xaricdəki bəzi jurnalların onu hədəf göstərən xəbərlərinə reaksiya verib.

Ərdoğan vurğulayıb ki, Türkiye siyasi, diplomatik və hərbi addımları ilə dünyanı terror təşkilatları üçün zindana çevirən bir ölkədir.

Türkiyenin xarici siyasətdə effektivliyini vurğulayan Ərdoğan Kıbrıs (Kipr) türkləri, Türk dünyası və Balkanlardakı türklərin hüquqlarını qətiyyətlə müdafiə etdiklərini bildirib.

Türkiyənin Liviya, Suriya və Qarabağdakı problemlərin həllində oynadığı əsas rolu xatırladan Ərdoğan bildirib ki, əsir mübadiləsi (Rusiya və Ukrayna arasında) və taxıl dəhlizi sazişi ilə regional böhranların həllinə töhfə veriblər.

Qlobal güclərin əməliyyat vasitəsi olan bəzi qərb jurnallarına reaksiyasını isə “Qlobal güclərin əməliyyat vasitəsi olan jurnalların üz qabıqları ilə daxili siyasətimizi istiqamətləndirməsinə və milli iradəyə parmaq silkələməsinə icazə verməyəcəyik" sözlərilə dilə gətirən dövlət başçısı "Türkiyenin yeni əsrilə ümid edirik ki, uğurlarımızı zirəyə qaldıracağıq" deyib.



Әlaqәli Xәbәrlәr