PKK/KCK terror təşkilatına daha bir ağır zərbə endirilib

Türkiyenin milli kəşfiyyat təşkilatı (MİT) İraqın şimalındakı Qara bölgəsində nöqtə əməliyyatı həyata keçirib.

1983040
PKK/KCK terror təşkilatına daha bir ağır zərbə endirilib

Əməliyyat nəticəsində separatçı terror təşkilatı PKK/KCK-nın sözdə xüsusi təyinatlı logistika rəhbəri Neçirvan Seven zərərsizləşdirilib.

Bildirilir ki, 2015-ci ildə terror təşkilatının kənd kadrlarına qoşulduğu müəyyən edilən “Firaz Zilan” ləqəbli Neçirvan Seven Türkiyedə küçə etirazlarında və təhlükəsizlik qüvvələrinə qarşı hücumlarda iştirak edib. O Şimali İraqa keçdikdən sonra hərəkətlərinə və logistik fəaliyyətlərdəki roluna görə Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən izləndikdən sonra İraqın şimalındakı Qara bölgəsində həyata keçirdiyi nöqtə əməliyyatı ilə zərərsizləşdirib.



Әlaqәli Xәbәrlәr