Prezident Ərdoğandan yeni şad xəbər

Prezident Rəcəb Tayyib Ərdoğan: “Yeni bir şad xəbəri bölüşmək istəyirəm. Qabar və Cudidə sutkada 100 min barel hasilat gücünə malik neft ehtiyatı aşkar etdik”.

1981941
Prezident Ərdoğandan yeni şad xəbər

Prezident Ərdoğan dünən Konyadakı seçki mitinqində etdiyi çıxışında bu barədə yanışıb.

Prezident: “Ötən il dünyada quruda edilən ən böyük 10 kəşfdən birinə imza atdıq. 5-6 il əvvəl 40 min barel olan gündəlik neft hasilatımız 2 dəfə artaraq sutkada 80 min barrelə çatıb. İndi sizinlə yeni bir şad xəbəri bölüşmək istəyirəm. Cudi və Qabarda Sutkada 100 min barrel hasilat gücünə malik keyfiyyətli neft ehtiyatı aşkar etdik. Bölgədə qazacağımız 100 quyu ilə 2 min 600 metr dərinlikdə olan neft ilə hasilatımızı sutkada 100 min barelə çatdıracayıq”.

 Eyni bölgədən yeni xoş xəbərlər gözlədiklərini ifadə edən preziden Ərdoğan Qabardakı neft ehtiyatına separatçı terror təşkilatının öldürdüyü şəhid müəllimə Aybükə Yalçının, eyni bölgədə gündə 9 min barel neft hasil edilən digər ehtiyata isə şəhid Esma Çevikin adını verdiklərini vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr