Hulusi Akar Türkiye vətəndaşlarının Sudandan təxliyə məsələsinə münasibət bildirib

Hulusi Akar Türkiye Silahlı Qüvvələrinə məxsus ikisi “Koca Yusuf” kimi tanınan "A400M" olmaqla cəmi 5 nəqliyyat təyyarəsini istifadəyə verdiklərini bildirib.

1980456
Hulusi Akar Türkiye vətəndaşlarının Sudandan təxliyə məsələsinə münasibət bildirib

Milli müdafiə naziri Hulusi Akar Türkiye vətəndaşlarının qarşıdurmaların getdiyi Sudandan çıxarılması üçün Türkiye Silahlı Qüvvələrinə məxsus ikisi “Koca Yusuf” kimi tanınan "A400M" olmaqla cəmi 5 nəqliyyat təyyarəsini istifadəyə verdiklərini açıqlayıb.

Akar Kayseridə verdiyi açıqlamada Sudanda ordu ilə xüsusi təyinatlılar arasında baş verən qarşıdurma və Türkiye vətəndaşlarının təxliyəsi məsələsi ilə bağlı Sudanda qruplar arasında müxtəlif toqquşmaların olduğunu bildirib.

Bu qarşıdurmaların yaratdığı riskli vəziyyətlərə diqqət çəkən Akar deyib:

"Bu vəziyyətlərlə əlaqədar olaraq Xarici İşlər Nazirliyimizlə Sudanda yaşayan vətəndaşlarımızın təxliyəsi üçün plan hazırladıq və həyata keçirməyə başladıq. Bəzi vətəndaşlarımız Efiopiya vasitəsilə təxliyə edildi.

Təxliyə ehtiyacı olan yerlər üçün fəaliyyətlər hələ də davam edir. Vətəndaşlarımızın Türkiyeyə təxliyyəsi üçün 5 təyyarə ayırmışıq. 210 vətəndaşımızı Xartumun şimalındakı Vadi Sayidnadan 3 ədəd "C-130" tipli təyyarəmizlə təxliyə etmək üçün səylərimizi davam etdiririk. Digər tərəfdən, "A400M" tipli təyyarəmizdən 2-si Port Sudana enib. Orada 250 vətəndaşımız olduğu haqda məlumatımız var. Bu təyyarələrdən biri vətəndaşlarımızı evlərinə gətirmək üçün yaxın vaxtlarda Port Sudandan havaya qalxacaq.

Təyyarələrin gedişini yaxından izlədiyirik. Vətəndaşlarımızın Türkiyeyə təxliyyəsi sabah (27 aprel) axşam saatlarında tamamlanacaq" deyib.

Digər tərəfdən, nazir Akarın açıqlamalarından sonra dünən axşam saatlarında Port Sudandan yola düşən Türkiye Silahlı Qüvvələrinə məxsus A400M təxliyə təyyarəsi yerli vaxtı ilə saat 02:30-da İstanbul Hava Limanına eniş edib.

Təxliyə edilən 170 Türkiyə vətəndaşı Türkiyeyə qayıtmaqdan xoşbəxt olduqlarını bildiriblər.

Milli Müdafiə Nazirliyi də qarşıdurmaların davam etdiyi Sudanda qapalı qalan Türkiye vətəndaşlarının təxliyyəsinin davam etdiyini və birinci qrupun Türkiye Silahlı Qüvvələrinə məxsus təyyarələrlə təhlükəsiz şəkildə ölkəyə gətirildiyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr