“Türkiyə əsri” Berlində

Türkiyə Cümhuriyyətinin 100 illiyi çərçivəsində ölkənin Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamenti tərəfindən hazırlanan “Türkiyə əsri” qəzeti Almaniyanın paytaxtı Berlində vətəndaşlara paylanılıb

1978328
“Türkiyə əsri” Berlində

 

  Türkiyə Cümhuriyyətinin 100 illiyi çərçivəsində ölkənin Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamenti tərəfindən hazırlanan “Türkiyə əsri” qəzeti Almaniyanın paytaxtı Berlində vətəndaşlara paylanılıb.

  Xaricdə yaşayan Türkiyə vətəndaşları Berlinin müxtəlif yerlərində onlara çatdırılan “Türkiyə əsri” qəzetinə böyük maraq göstəriblər.

  Türkiyədən kənarda ən çox vətəndaşlarının olduğu Berlində paylanılan qəzet prezident Rəcəb Tayyib Ərdoğanın açıqladığı “Türkiyə əsri”ni təsvir edir.

  Yerli və milli avtomobili “Togg“ haqqında ilk səhifədə məlumat verən qəzetdə Türkiyənin müdafiə sənayesindəki yeni layihələrlə daxili əmsal nisbətini 80 faizə çatdırdığı diqqətə çatdırılır.

  Türkiyənin nəqliyyat layihələri ilə bağlı xəbərlərin də yer aldığı qəzetdə ölkənin milli maraqlara əsaslanan aktiv xarici siyasəti də əks olunur.

  Turizmdə ölkənin rekordlar qıraraq böyüdüyünə diqqət çəkən qəzetdə Türkiyənin ekoloji problemlərə qlobal həll yolları tapdığı, ata-baba mirasının TİKA tərəfindən bərpa edilərək qorunduğu, Türkiyənin rəqəmsal nailiyyətləri izah edilir.



Әlaqәli Xәbәrlәr