Türkiyə prezidenti müdafiə sənayesində yerlilik nisbətini 80 faizə qaldırdıqlarını söylədi

Afyonkarahisardakı çıxışında Afrikadan Balkanlara, Asiyadan Yaxın Şərqə qədər bütün məzlumların və qurbanların əlindən tutub imperialist müstəmləkəçi nizama “dur” dediklərini vurğulayan R.T.Ərdoğan deyib...

1976630
Türkiyə prezidenti müdafiə sənayesində yerlilik nisbətini 80 faizə qaldırdıqlarını söylədi

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müdafiə sənayesində yerlilik nisbətini 20-dən 80 faizə qaldırdıqlarını söylədi.

  Afyonkarahisardakı çıxışında Afrikadan Balkanlara, Asiyadan Yaxın Şərqə qədər bütün məzlumların və qurbanların əlindən tutub imperialist müstəmləkəçi nizama “dur” dediklərini vurğulayan R.T.Ərdoğan bunları diqqətə çatdırdı: “Birləşmiş Millətlər Təşkilatının tribunasından olan bu qardaşınız “Dünya beşdən böyükdür” deyə qışqıraraq imperialistlərin qurduğu qlobal sistemə etiraz etdi”.

  Türkiyə prezidenti müdafiə sənayesində yerlilik nisbətini 20-dən 80 faizə qaldırdıqlarını da bildirərək əsər və xidmət siyasəti ilə “Türkiyə əsri”ni yüksəldəcəklərini söylədi.



Әlaqәli Xәbәrlәr