Rəcəb Tayyib Ərdoğan zəlzələ qurbanları ilə bir araya gəlib

Prezident Rəcəb Tayyib Ərdoğan Diyarbəkirdə təşkil edilən iftar süfrəsində zəlzələ qurbanları ilə bir araya gəlib.

1975208
Rəcəb Tayyib Ərdoğan zəlzələ qurbanları ilə bir araya gəlib

Prezident Rəcəb Tayyib Ərdoğan Diyarbəkirdə təşkil edilən iftar süfrəsində zəlzələ qurbanları ilə bir araya gəlib.
Türkiye Prezidenti bildirib ki, zəlzələ nəticəsində 50 min adam həyatını itirdi. Bir-birinin ardınca yaşadıqları zəlzələ fəlakətini ifadə etmək üçün sözlərin kifayət etmədiyini bildirən Rəcəb Tayyib Ərdoğan deyib: "Alimlər Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələləri ''əsrin fəlakəti'' adlandırıblar''.
Rəcəb Tayyib Ərdoğan həm sərt qış şəraitinin, həm də zəlzələnin 11 şəhərdə hiss edilməsinin axtarış-xilasetmə işlərini çətinləşdirdiyinin bir həqiqət olduğunu, lakin dövlətin bütün imkanlarını səfərbər etməsinin danılmaz bir həqiqət olduğunu bildirib.
“Daha əvvəl yaşanan sel, zəlzələ və yanğın fəlakətləri zamanı xalqa verdiyimiz bütün vədləri yerinə yetirdiyimiz kimi burada da çox çalışırıq”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
Çıxışında terrora qarşı aparılan mübarizəyə də toxunan Türkiye Prezidenti antiterror əməliyyatların müvəfəqiyyətlə davam etdiyini deyib.



Әlaqәli Xәbәrlәr