Ərdoğan: "Qara dənizdən təbii qazı aprelin 20-də çıxaracağıq"

Prezident Rəcəb Tayyib Ərdoğan aprelin 20-də Qara dənizdən təbii qaz çıxaracaqlarını bildirib.

1975090
Ərdoğan: "Qara dənizdən təbii qazı aprelin 20-də çıxaracağıq"

Prezident Rəcəb Tayyib Ərdoğan aprelin 20-də Qara dənizdən təbii qaz çıxaracaqlarını bildirib.

İstanbulda Qara dənizdəki təbii qaz layihəsi ilə bağlı açıqlama verən prezident Ərdoğan deyib:

"Qismət olsa, aprelin 20-si, bayram ərəfəsi günü təbii qazımızı çıxarmağa hazırlaşırıq. Hazırda bütün planlar və hesablamalar buna uyğundur". 

Dövlət başçısı Türkiyedəki şəhər xəstəxanalarından danışarkən isə deyib ki, şəhər xəstəxanalarının durumu əvvəl belə deyildi. İndi isə vəziyyət dəyişib. Bu gün biz dünyanın ən məşhur klinikaları ilə yarışırıq. İndi bizim xəstəxanalarımız Klivlend xəstəxanasından daha yaxşı vəziyyətdədir. Şəhər xəstəxanalarımızın sayı bundan sonra da artırılacaq.



Әlaqәli Xәbәrlәr