Mehmet Nuri Ersoy: ''Türkiye ən çox turist qəbul edən ölkələrdən biridir''

Türkiyenin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Türkiyenin dünyanın ən çox turist qəbul edən 3-cü ölkəsi olduğunu bildirib.

1974054

İstanbul Tüyap Sərgi və Konqres Mərkəzində "26-cı Beynəlxalq Şərqi Aralıq dənizi Turizm Sərgisi"nin (EMITT) açılışına qatılan Mehmet Nuri Ersoy 2022-ci ildə 42 milyon turist və 35 milyard dollar gəlir hədəfi ilə yola çıxdıqlarına diqqət çəkib.
“İl ərzində bu hədəfə üç dəfə yenidən baxıldı. İlin sonunda Türkiyenin  turizmdən əldə etdiyi gəlir 46,3 milyard dollara, ölkəyə gələn turistlərin sayı isə 51,4 milyona çatıb'',-deyə Mehmet Nuri Ersoy qeyd edib.
Türkiyenin mədəniyyət və turizm naziri bildirib ki, beləliklə Türkiye dünyanın ən çox turist qəbul edən ölkələrindən biri olub.

Әlaqәli Xәbәrlәr