“Zəlzələ binalarımızı dağıda bilər, amma…” R.T.Ərdoğan
Elazığda aprelin 1-də olan Elazığ Fəlakət Evlərinin Təməlatma və Məişət Binalarının Açar Təslim mərasimindəki çıxışında Ərdoğan deyib...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Zəlzələ binalarımızı dağıda bilər, canımızı ala bilər, amma heç bir şey bizi inancımızdan ala bilməz, “Türkiyə əsri”nin qurulması qətiyyətimizə mane ola bilməz” dedi.
Elazığda aprelin 1-də olan Elazığ Fəlakət Evlərinin Təməlatma və Məişət Binalarının Açar Təslim mərasimindəki çıxışında Ərdoğan son 20 ildə şəhərə 79 milyard lirəlik sərmayə qoyulduğuna diqqət çəkərək bunları söyləyib: "Şəhər xəstəxanasından tutmuş bölünmüş yollara, bəndlərdən təbii qaza qədər hər sahədə Elazığı tarixində misli görünməmiş xidmətlərlə bir araya gətirdik… Zəlzələ binalarımızı dağıda bilər, canımızı ala bilər. İqtisadi çətinliklər yükümüzü artıra bilər. Amma heç bir şey bizim imanımızı, qətiyyətimizi, ümidimizi ala bilməz, “Türkiyə əsri”nin qurulması əzmimizə mane ola bilməz".
Әlaqәli Xәbәrlәr

Suriya rejiminin Türk balıqçı gəmisinə hücumu pislənib
Türkiye türk balıqçı gəmisinin Suriya rejimi tərəfindən atəşə tutulmasını pisləyib.