Türkiyə ABŞ-ın Cənubi Kiprlə bu müqaviləsinə reaksiya göstərdi

Türkiyənin Xarici İşlər Nazirliyinin bəyanatında yazılır...

1968606
Türkiyə ABŞ-ın Cənubi Kiprlə bu müqaviləsinə reaksiya göstərdi

 

  Türkiyə ABŞ-ın Nyu-Cersi Milli Qvardiyasının Cənubi Kiprlə müqavilə bağlamasına reaksiya göstərib.

  Türkiyənin Xarici İşlər Nazirliyinin bəyanatında yazılır: “2022-ci ilin oktyabr ayında Kipr Administrasiyasının ABŞ Müdafiə Nazirliyi Milli Qvardiya Dövlət Tərəfdaşlığı Proqramına daxil edilməsindən sonra biz bu dəfə də sözügedən müqavilə əsasında Nyu-Cersi ştatının milli qvardiyası ilə Kiprin müqavilə bağlamasını pisləyirik.

  ABŞ 2022-ci ildə Kipr hökumətinə qarşı silah embarqosunu ləğv etdi və Kipr adasında qıbrız türklərinə qarşı tarazlığı pozdu. Bu son addımlar Cənubi Kipr (Kipr Rum) tərəfini silaha sarılmağa təşviq edir.

  ABŞ-ı heç bir şəkildə bölgənin sabitliyinə xidmət etməyən bu siyasəti nəzərdən keçirməyə və Kipr probleminin ədalətli, qalıcı və davamlı həllinə töhfə verməyə çağırırıq.

  Cənubi Kipr ana vətəni və zamini Türkiyənin olduğu yerdə qıbrız türklərinə əsla əl uzada bilməyəcəyi gerçəyinin fərqinə varacaq.

  Türkiyə qıbrız türk xalqının təhlükəsizliyini təmin etmək üçün hər addımı atacaq”.



Әlaqәli Xәbәrlәr