Fəxrəddin Altun TRT Afrika I Yayım Sammitində çıxış edib

Türkiye Radio və Televiziya Qurumunun (TRT) və Afrika Yayım Birliyinin töhfələri ilə keçirilən TRT Afrika I Yayım Sammitində TRT Afrikanın təqdimatı olub.

1968115
Fəxrəddin Altun TRT Afrika I Yayım Sammitində çıxış edib

Türkiye Radio və Televiziya Qurumunun (TRT) və Afrika Yayım Birliyinin töhfələri ilə keçirilən TRT Afrika I Yayım Sammitində TRT Afrikanın təqdimatı olub.
İstanbulda keçirilən sammitdə Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun, TRT-nin Baş direktoru Mehmed Zahid Sobacı və Afrika Yayım Birliyinin rəhbəri Gregiore Ndjaka çıxış ediblər. Sammiti  Afrika Yayım Birliyinə üzv olan təxminən 30 ölkənin yayım orqanlarının rəhbərləri və media mənsubları izləyib.
Zirvədə çıxış edən Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib: “Türkiye olaraq media və kommunikasiya sahəsində bütün imkan və təcrübəmizi Afrika ölkələri və afrikalı qardaşlarımızla bölüşməyə hazırıq. TRT-nin ötən ilin may ayında yayıma başlayan  ''TRT French'' kanalı fransız dilinin istifadə edildiyi ölkələrə Türkiye haqqında dəqiq məlumat çatdırmaq, eləcə də Afrika ilə bağlı prosesləri dünyaya çatdırmaq imkanı yaradıb. Bu gün TRT, TRT Afrika ilə beynəlxalq yayım zəncirinə yeni və güclü bir halqa əlavə edərək, beynəlxalq xəbər platformalarının sayını 7-yə çatdırdı. TRT Afrika bu böyük qitənin  mədəniyyətini, tarixini, ictimai həyatını, siyasi inkişaflarını və izah edilməmiş simasını çatdırmaq  üçün yayım həyatına başlayır''.



Әlaqәli Xәbәrlәr