"Bu problemlərlə bağlı dünyada ədalətli bölgü prinsipinə əsaslanan sistemə ehtiyac var", Ə.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan iqlim və ekoloji problemlərlə bağlı dünyada ədalətli bölgü prinsipinə əsaslanan sistemə ehtiyac olduğunu deyib.

1968049
"Bu problemlərlə bağlı dünyada ədalətli bölgü prinsipinə əsaslanan sistemə ehtiyac var", Ə.Ərdoğan
emine erdogan bm genel kurulu.jpg
emine erdogan bm genel kurulu1.jpg
emine erdogan-guterres.jpg
Antonio Vitorino-Emine Erdogan.jpg

Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan iqlim və ekoloji problemlərlə bağlı dünyada ədalətli bölgü prinsipinə əsaslanan sistemə ehtiyac olduğunu deyib.

Əminə Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterres ilə birlikdə BMT Baş Assambleyasında xüsusi qonaq qismində iştirak etdiyi “Sıfır Tullantı” Xüsusi Sessiyasında iştirakçılara müraciət edib.

BMT Baş Assambleyasında indiyə qədər ilk çıxış edən Türkiye Prezidentinin həyat yoldaşı Əminə Ərdoğan bildirib ki, yer kürəsi tarazlıq və ölçüdə dərin bağlarla birbirinə bağlıdır:

“İqlim dəyişikliyinin yaratdığı quraqlıq səbəbindən dünyanın müxtəlif yerlərində minlərlə uşaq hələ də ölürsə, bu tendensiyaya “dayan” demək üçün boş yerə bir dəqiqəmiz də yoxdur. dünyanı xilas etmək hələ də insanların əlindədir".

Türkiyedə 5 il əvvəl başladıqları və bütün dünyaya yayılan "Sıfır Tullantı Layihəsi" ilə böyük transformasiyalara başlaya biləcəklərini göstərdiklərini vurğulayan Əminə Ərdoğan 650 milyon ton xammala, 4 milyon ton məhsula qənaət edildiyini dilə gətirərək, layihə çərçivəsində toplanan milyonlarla tullantı ilə istixana qazı emissiyalarının qarşısının alındığını qeyd edib. 

“Türkiye olaraq heç bir qlobal problemə biganə qalmırıq və ekoloji problemlərin həllinin bir parçası olmaq əzmimizə davam edirik” deyən Əminə xanım Ərdoğan bildirib ki, iqlim və ekoloji problemlərlə bağlı dünyada ədalətli bölgü prinsipinə əsaslanan bir sistemə ehtiyac var.

BMT-nin baş katibi Quterreş də çıxışında deyib:

“Mən sıfır tullantı məsələsi ilə bağlı Türkiye hökumətinin rəhbərliyinə və xanım Ərdoğana hörmət və minnətdarlığımı bildirmək istəyirəm".

Bəşəriyyətin dünyadan "zibillik" kimi istifadə etdiyini və "yeganə evini zibilliyə çevirdiyini" ifadə edən Quterreş tullantıların və hava çirkliliyinin ətraf mühitə, iqtisadiyyata və sağlamlığa təsir etdiyinə diqqət çəkib.

“İqlim fəlakətinin qarşısını almaq üçün çox az vaxtımız qalıb” deyə xəbərdarlıq edən Quterreş sıfır tullantı sahəsində görkəmli şəxslərdən ibarət Məsləhət Şurası quracağını, İdarə Heyətinin sədrinin isə Əminə Ərdoğanın olacağını bildirib.

Əminə xanım Ərdoğan Nyu-Yorkdakı təmasları çərçivəsində BMT-nin Baş katibi Quterreş və Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru Antonio Vitorino ilə ayrı-ayrılıqda görüşüb.



Әlaqәli Xәbәrlәr