Əminə Ərdoğan Sahibə Qafarova ilə görüşüb
Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan BMT-nin 30 Mart Beynəlxalq Sıfır Tullantı ilə Mübarizə Gününə həsr olunmuş xüsusi sessiyasında iştirak etmək üçün səfər etdiyi Nyu-Yorkda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan BMT-nin 30 Mart Beynəlxalq Sıfır Tullantı ilə Mübarizə Gününə həsr olunmuş xüsusi sessiyasında iştirak etmək üçün səfər etdiyi Nyu-Yorkda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.
Nyu Yorkdakı Türkevində baş tutan görüşdə Türkiyenin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib.
Görüşlə bağlı şəxsi ''Twitter'' səhifəsində paylaşım edən Əminə Ərdoğan bu ifadələrə yer verib: “Sıfır Tullantı ilə bağlı təcrübələrimizi bölüşdük. Ətraf mühit problemlərinin bütün dünya ölkələrinin məsuliyyəti olduğu mövzusunda və iqlim böhranı ilə birgə mübarizədə həmfikirik”
BMT Baş Assambleyası 14 dekabr 2022-ci ildə “sıfır tullantı” qətnaməsini qəbul edib.
BMT Baş Assambleyasının bu qərarı ilə 30 mart “Beynəlxalq Sıfır Tullantı Günü” elan edilib.
Әlaqәli Xәbәrlәr

“Dünya 5-dən böyükdür” çağırışımız qalib gəldi”, R.T.Ərdoğan
Nazirlər Kabinetinin iclasından sonra Ərdoğanın açıqlamalar verərək deyib...

Türkiyə xarici işlər naziri Hakan Fidan tvitterdə hesab açdı
H.Fidan rəsmi “twitter” hesabında "@HakanFidan" istifadəçi adı ilə etdiyi ilk paylaşımında yazıb...