Ərdoğan və Kılıçdaroğlunun namizədlik ərizələri qəbul edildi
Mərkəzi Seçki Komissiyasının (Yüksek Seçki Kurulu - YSK) məlumatına görə...

Cümhur Birliyinin prezidentliyə namizədi, Türkiyə dövləöt başçısı, AK Partiyanın sədri Rəcəb Tayyib Ərdoğan və Millət İttifaqının prezidentliyə namizədi, CHP-nin sədri Kamal Kılıçdaroğlunun namizədlik ərizələri qəbul edilib.
Mərkəzi Seçki Komissiyasının (Yüksek Seçki Kurulu - YSK) məlumatına görə, Prezident və 28-ci Parlament seçkiləri üçün siyasi partiyalar tərəfindən 19 mart 2023-cü il bazar günündən 23 mart 2023-cü il cümə axşamı saat 17:00-a qədər Ali Seçki Mərkəzinə edilən müraciətlərə baxılıb. Ədalət və İnkişaf Partiyası (AK Partiya) ilə Milliyyətçi Hərəkat Partiyası (MHP) qruplarından namizədliyi irəli sürülmüş ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan və Cümhuriyyət Xalq Partiyası (CHP) ilə İYİ Partiya qrupları tərəfindən namizədliyi irəli sürülmüş CHP sədri Kamal Kılıçdaroğlunun namizədlik ərizələri qəbul edilib.
Әlaqәli Xәbәrlәr

Rəcəb Tayyib Ərdoğan Türkiyənin 13-cü prezidenti oldu
85 faiz fəallığın olduğu seçkidə hesablanmış səslərin bölgüsü belədir...