“Belə bir fəlakətin öhdəsindən heç bir ölkə təkbaşına çıxa bilməz”, R.T.Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 6-da Kahramanmaraşda baş verən və 11 şəhərə təsir edən zəlzələlərdən sonra beynəlxalq aləmdə göstərilən həmrəyliyi heç vaxt unutmayacaqlarını bildirib

1962483
“Belə bir fəlakətin öhdəsindən heç bir ölkə təkbaşına çıxa bilməz”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 6-da Kahramanmaraşda baş verən və 11 şəhərə təsir edən zəlzələlərdən sonra beynəlxalq aləmdə göstərilən həmrəyliyi heç vaxt unutmayacaqlarını bildirib.

  Türkiyə və Suriyanın zəlzələdən zərər çəkmiş bölgələrinə dəstək olmaq üçün Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı (Aİ) Komissiyası və Aİ Şurasının dövri başçısı İsveç tərəfindən təşkil edilən Beynəlxalq Donorlar Konfransına canlı bağlantı ilə qatılan R.T.Ərdoğan çıxışında deyib: “Alimlər Türkiyədəki zəlzələləri “quruda ən ağır fəlakət” olaraq səciyyələndirdilər.

  Zəlzələlərdən zərər çəkənlərin ehtiyaclarını ödəmək üçün hər cür səy göstərdik. Dəyən maddi ziyan təqribən 104 milyard dollara çatmaqdadır. Bu miqyasda bir fəlakətin öhdəsindən heç bir ölkənin təkbaşına çıxması mümkün deyil.

  130-a yaxın ölkədən göndərilən yardım zəlzələ bölgəsinə çatıb. Hər birinizə öz, ölkəm və millətim adından təşəkkür edirəm. Bu ağır günlərdə göstərilən həmrəyliyi heç vaxt unutmayacağıq. Bir il ərzində zəlzələ bölgəsinin ehtiyaclarını qarşılamaq üçün kifayət qədər bina tikmək istəyirik.”



Әlaqәli Xәbәrlәr