Mövlud Çavuşoğlu TDT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

Türkiyenin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib: "Türk Dövlətləri Təşkilatı (TDT) hamımızın arzusu idi və bu gerçək oldu. İnstitusional infrastrukturumuzu hər gün gücləndirir, əməkdaşlığımızı  inkişaf etdiririk''.

1960703
Mövlud Çavuşoğlu TDT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

Türkiyenin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib: "Türk Dövlətləri Təşkilatı (TDT) hamımızın arzusu idi və bu gerçək oldu. İnstitusional infrastrukturumuzu hər gün gücləndirir, əməkdaşlığımızı  inkişaf etdiririk''.
Mövlud Çavuşoğlu Prezident İqamətgahında keçirilən Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib.

İclasa Özbəkistan xarici işlər nazirinin müavini Bəxtiyar Səidov, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Qırğızıstanın xarici işlər naziri Ceenbek Kulubayev, Qazaxıstanın xarici işlər nazirinin birinci müavini Kayrat Umarov, Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Szijjarto, Şimali Kipr Türk Respublikasının (ŞKTC) xarici işlər naziri Tahsin Ertuğruloğlu, Türkmənistanın İstanbuldakı  baş konsulu Myratgeldi Seyitməmmedov və TDT-nin baş katibi Kubanicbek Omuraliyev qatılıblar.

"Türk Dövlətləri Təşkilatı (TDT) hamımızın arzusu idi və bu gerçək oldu'' deyən Mövlud Çavuşoğlu: “Biz institusional infrastrukturumuzu günü-gündən gücləndiririk və əməkdaşlığımızı inkişaf etdiririk'' ifadələrini işlədib.

Yaşıl texnologiyadan istifadə edən və ağıllı şəhərlərə sahib bir türk dünyasını qurmağın vacibliyini vurğulayan Mövlud  Çavuşoğlu deyib: "Qlobal enerji sahəsindəki əhəmiyyətimiz artır. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) kimi böyük enerji layihələrini birlikdə həyata keçirdik. TANAP-ın Xəzər regionundan əlavə təbii qazı beynəlxalq bazara çatdırması üçün  əməkdaşlığı gücləndirməliyik.

Mövlud Çavuşoğlu Asiyanın yenidən əhəmiyyətinin artdığı bu dövrdə Orta Dəhlizin qlobal ticarətdəki payının artırılmasının vacibliyini vurğulayıb.
Mövlud Çavuşoğlu üzv dövlətlərin iqtisadiyyatlarının inteqrasiyası üçün Türkiye İnvestisiya Fonduna önəm verdiklərini dilə gətirib.

Ukraynadakı müharibənin, Əfqanıstandakı proseslərin və bölgədəki digər problemlərin TDT və üzvlərini yaxından maraqlandırdığını bildirən Mövlud Çavuşoğlu deyib:“Birliyimizi gücləndirməliyik''.

Şimali Kıbrıs Türk Cümhuriyyətinin müşahidəçi üzv olmasının bu baxımdan çox əhəmiyyətli olduğunu vurğulayan Mövlud Çavuşoğlu deyib: “Kıbrıs Türk xalqının suveren bərabərliyini, hüquqlarını və bərabər beynəlxalq statusunun təsdiqlənməsi, məruz qaldıqları təcrid və məhdudiyyətlərin aradan qaldırılması ortaq məqsədimiz olmalıdır''.



Әlaqәli Xәbәrlәr