Rәcәb Tayyib Әrdoğan litvalı hәmkarı ilә görüşüb

Litva Prezidenti Qitanas Nauseda Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə paytaxt Ankaraya səfər edib.

1958057
Rәcәb Tayyib Әrdoğan litvalı hәmkarı ilә görüşüb

Litva Prezidenti Qitanas Nauseda Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə paytaxt Ankaraya səfər edib.

Rəcəb Tayyib Ərdoğan Türkiyeyə səfər edən Litva Prezidenti Qitanas Nausedanı Prezident İqamətgahında qarşılayıb.

Daha sonra görüş keçirən liderlər ikitərəfli münasibətlərin bütün aspektlərini nəzərdən keçiriblər.

Türkiyə ilə Litva arasında mövcud əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində atılacaq addımlar qiymətləndirilib.

Liderlərin regional və beynəlxalq məsələləri də müzakirə etdikləri bildirilib.

Liderlər həmçinin  iyul ayında da Litvada keçiriləcək NATO Dövlət və Hökumət Başçıları Sammiti ilə Türkiyə-Avropa İttifaqı münasibətlərini müzakirə ediblər.

Rəcəb Tayyib Ərdoğanın litvalı həmkarı ilə keçirdiyi görüşdə Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun da iştirak edib.



Әlaqәli Xәbәrlәr