Hulusi Akar taxıl dәhlizi ilә bağlı bәyanat verib

Türkiyenin milli müdafiə naziri Hulusi Akar Birləşmiş Millətlər Təşkilatı, Ukrayna və Rusiyayla taxıl sazişi ilə bağlı danışıqları davam etdirdiklərini bildirib.

1957403

Hulusi Akar Ukrayna taxılını dünyaya çatdırmaq  üçün İstanbulda yaradılan taxıl dəhlizi ilə bağlı yazılı açıqlama verib.
Nazir Hulusi Akar martın 18-də sona çatacaq  taxıl sazişinin davam etdirilməsi üçün tərəflərlə danışıqlar apardıqlarını bildirib.
"Birləşmiş Millətlər Təşkilatı, Ukrayna və Rusiyayla taxıl sazişi ilə bağlı danışıqları davam etdiririk. Ukrayna ikinci dəfədir ki, sazişin  uzadılmasına müsbət münasibət bildirib. Rusiyanın da müddətin uzadılmasına müsbət münasibəti var. Biz də ümid edirik ki, taxıl sazişi bütün tərəflərin töhfəsi ilə davam edəcək və biz bu istiqamətdə fəaliyyətlərimizi davam etdiririk”,-deyə Hulusi Akar qvurğulayıb.
Qeyd edək ki, indiyədək Ukraynadan 790 gəmi ilə 23 milyon 400 min ton taxıl məhsulları daşınıb.
Taxıl məhsullarının  40 faizi Avropaya, 30 faizi Asiyaya, 13 faizi Türkiyeyə, 12 faizi Afrikaya, 5 faizi isə Yaxın Şərqə daşınıb.

Әlaqәli Xәbәrlәr