Bu gecə Bəraət qəndil gecəsidir

Ramazan ayının müjdəçisi olaraq qəbul edilən Bəraət qəndili bu gün qeyd olunur.

1955618
Bu gecə Bəraət qəndil gecəsidir

Ramazan ayının müjdəçisi olaraq qəbul edilən Bəraət qəndili bu gün qeyd olunur.

Bəraət qəndili 8 mart ayında başlayan üç ayların, şaban ayının 15-ci gecəsinə təsadüf edir.

İslam inancına görə, bəraət sözünün mənası günahlardan arınma, təmizə çıxma, ilahi əfv və rəhmətə qovuşma anlamlarına gəlir.

Bu müqəddəs gecədə müsəlmanlar tövbə edərək əfv diləyəcək.

Din İşləri İdarəsinin başçısı Əli Ərbaş Bəraət qəndil gecəsi ilə əlaqədar mesaj yayıb. 

Ərbaş “Gəlin bu gecəni təfəkkür, qiraət, ibadət, istiğfar, dua və yalvarışlarla daha gözəl bir həyatın başlanğıcı edək” deyə çağırıb.

Türkiye Radio və Televiziya Qurumu (TRT) Kahramanmaraşda 'Bəraət qəndil gecəsi xüsusi' proqramını Kahramanmaraşda həyata keçirəcək.



Әlaqәli Xәbәrlәr