Xarici İşlər Nazirliyi ABŞ-ın terrorla bağlı hesabatına reaksiya göstərdi

Xarici İşlər Nazarliyi ABŞ Dövlət Departamentinin "2021-ci il Terrorla bağlı Ölkə Hesabatı"na reaksiya verib.

1954104
Xarici İşlər Nazirliyi ABŞ-ın terrorla bağlı hesabatına reaksiya göstərdi

Xarici İşlər Nazarliyi ABŞ Dövlət Departamentinin "2021-ci il Terrorla bağlı Ölkə Hesabatı"na reaksiya verib. 
Xarici İşlər Nazirliyinin sözçüsü, səfir Tanju Bilgiç bildirib ki, hesabatda Türkiyenin terror təşkilatlarına qarşı mübarizəsi qəsdən təhrif edilib.
Tanju Bilgiç ABŞ Dövlət Departamentinin 2021-ci il Terror Hesabatı ilə bağlı Nazirliyə ünvanlanan suala yazılı cavab verərək deyib ki, “ABŞ Dövlət Departamentinin 2021-ci il Terrorla bağlı Ölkə Hesabatında ölkəmizin təhlükəsizliyinə birbaşa təhdid yaradan terror təşkilatlarına qarşı mübarizə qəsdən təhrif edilib.

Türkiye başda PKK/PYD/YPG, DHKP-C, FETÖ və DEAŞ olmaqla terror təşkilatlarına qarşı qanunlar əsasında mübarizəsini davam etdirir və bu sahədə beynəlxalq səylərə səmərəli töhfə verir. Hesabatda PKK terror təşkilatının qolu olan “SDF” adlanan təşkilatın ABŞ-ın DEAŞ-la mübarizədə ortağı kimi qeyd olunması, ABŞ rəsmilərinin hələ də başqa bir terror təşkilatından istifadənin yanlışlığını anlamadığını ortaya qoyur. 

Hesabatda medianın qərəzli xəbərlərinə istinad edərək, Suriya və İraqa qarşı apardığımız terrorla mübarizə əməliyyatlarımızın mülki əhali arasında itkilərə səbəb olması ilə bağlı iddiaların yer alması qəribədir.

ABŞ-dan gözləntimiz FETÖ-nün mövcudluğuna və fəaliyyətinə yaxın zamanda son qoymasıdır.



Әlaqәli Xәbәrlәr