Dünya ölkələri Türkiyeyə humanitar yardım göndərməyə davam edir

Birləşmiş Millətlər Təşkilatı (BMT) Türkiyedə baş verən zəlzələdən zərər çəkənlərə bir milyard dollar yardım edilməsi ilə əlaqədar çağırış edib.

1947573
Dünya ölkələri Türkiyeyə humanitar yardım göndərməyə davam edir

Birləşmiş Millətlər Təşkilatı (BMT) Türkiyedə baş verən zəlzələdən zərər çəkənlərə bir milyard dollar yardım edilməsi ilə əlaqədar çağırış edib.
BMT-nin baş katibi Antonio Quterreş mövzu ilə bağlı verdiyi yazılı açıqlamada əsrin ən böyük zəlzələsindən zərər çəkən türk xalqına humanitar yardım edilməsi ilə əlaqədar çağırış edib.
Afrikanın şərqində 99 min əhalisi olan Seyşel adaları Kahramanmaraşda baş verən zəlzələlərdən zərər çəkənlərə 66 ton humanitar yardım göndərib.
Türkiyenin Nayrobidəki səfirliyi rəsmi ''Twitter'' səhifəsində verdiyi açıqlamada Seyşel adaları xalqının zəlzələ fəlakəti ilə əlaqədar Türkiyeyə ədyal, qış paltarı və çarpayı göndərdiyini bildirib.
Küveytin yardım təşkilatlarının Türkiyedə zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə göndərdiyi yardım təyyarələrinin sayı 9-a çatıb.
Küveytdəki  Beynəlxalq Mərhəmət Dərnəyi adlı qeyri-hökumət təşkilatının rəsmisi Vəlid əl-Anceri zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Küveytdən Türkiyeyə göndərilən yardım təyyarələrinin sayının 9-a çatdığını qeyd edərək yaralananlara şəfa, həyatını itirənlərə rəhmət diləyib.
Liviyanın Misrata şəhərinin sakinləri Kahramanmaraşda baş verən zəlzələlərdən zərər çəkənlərə 12 yük maşını humanitar yardım göndərib.
Misrata Qızıl Aypara Cəmiyyətinin direktoru Fəthi Şibani deyib:
"Türk xalqı və Qızıl Aypara Cəmiyyəti hər zaman yanımızda olub, bizə yardım edib. Biz də yaşanan bu böyük fəlakətə görə humanitar baxımdan türk xalqının yanında olmaq istədik".

Qazaxıstanın zəlzələdən zərərçəkənlər üçün əlavə 55 ton humanitar yardım göndərib. 
Qazaxıstanın göndərdiyi humanitar yardımı daşıyan təyyarəni Xarici işlər naziri Mövlud Çavuşoğlu və Qazaxıstanın Türkiyedəki səfiri Yerkebulan Sapiyev Qaziantep hava limanında qarşılayıblar.
Sapiyevlə görüşən Çavuşoğlu yardıma görə Qazaxıstan hökumətinə təşəkkür edib.



Әlaqәli Xәbәrlәr