Türkiyeyə humanitar yardımlar davam edir

Əsrin fəlakəti” olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra Avropa ölkələri Türkiye və Suriyada zəlzələ qurbanlarına yardımlarını davam etdirir.

1947021
Türkiyeyə humanitar yardımlar davam edir

“Əsrin fəlakəti” olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra Avropa ölkələri Türkiye və Suriyada zəlzələ qurbanlarına yardımlarını davam etdirir.

Fevralın 6-da baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Hollandiya hökuməti Türkiye və Suriyadakı zəlzələ qurbanlarının qida, su, dərman və sığınacaq ehtiyacları üçün əlavə 10 milyon avro veriləcəyini açıqlayıb.

Türkiyenin Haaqa səfiri Səlcuq Ünal tviterdən etdiyi paylaşımda “İndiyə qədər Hollandiyadan 19 min qızdırıcı, 2 min 200 generator, 816 çadır, 32 min ədyal, 620 ton geyim, 231 ton tibbi ləvazimat, Kahramanmaraş, Adana , Hatay və birbaşa Qaziantepə göndərildi” deyib. 

İspaniyada toplanaraq Türkiyeyə göndərilən yardım materialının 71 tondan artıq olduğu bildirilir.

Vatikanın rəsmi media orqanı olan "Vatican News"-in xəbərlərinə görə, katoliklərin ruhani lideri və Vatikanın dövlət başçısı Papa Fransisk zəlzələdən zərər çəkənlərə 10 min ədəd termal alt paltarı göndərib.

Termal alt paltarın Kilisdəki qaçqın düşərgəsinə göndərildiyi bildirilib.

Papa fevralın 12-də ənənəvi bazar günü ibadətində zəlzələdən zərərçəkənlərin kədərini azalatmaq məqsədilə konkret dəstək istəyib.

Yunanıstan xalqının Türkiyedə zəlzələdən zərərçəkənlər üçün topladığı ədyal, qızdırıcı, şəxsi gigiyena vasitələri və dərmanlar kimi yardım materiallarının ilk hissəsi bələdiyyələr, bölgə valilikləri və müxtəlif qurumlar vasitəsilə gəmi ilə Pire limanından yola düşüb.

Beynəlxalq Enerji Agentliyinin (IEA) Nazirlər Şurasının iclasında 40-a yaxın ölkənin enerji nazirləri "əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra bölgənin bərpası üçün dəstək vəd edib. IEA-nın sədri Fatih Birol həmçinin qlobal enerji şirkətlərini zəlzələ bölgəsində təcili ehtiyacı ödəyəcək qızdırıcılar, portativ günəş panelləri və konteyner evləri kimi avadanlıqların tədarükünü dəstəkləməyə çağırıb.



Әlaqәli Xәbәrlәr